İdman
"Real Madrid" Mbappeni "itirdi" - RƏSMİ AÇIQLAMA
"Real Madrid" klubu Kilian Mbappenin zədəsi ilə bağlı açıqlama yayıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. "Klubun tibbi xidmətləri tərəfindən aparılan müayinənin nəticələrinə əsasən, Mbappeyə sol ayağının vətərinin zədəsi diaqnozu qoyulub. Vəziyyət dinamik şəkildə izləniləcək", - deyə klubdan bildirilib. Daha əvvəl futbolçunun ciddi zədə səbəbindən mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı barədə məlumatlar yayılıb. "Real Madrid"in gənc ulduzu Kilian Mbappe zədə səbəbindən mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq. Oxu.Az xəbər verir ki, bu barədə "El Chiringuito TV" sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata görə, fransalı hücumçunun zədəsi gözləniləndən daha ciddidir. Futbolçunun səhhəti ilə bağlı Madrid təmsilçisinin bu gün rəsmi açıqlama yayacağı gözlənilir. Forvard İspaniya La Liqasında XXXII turun "Real Betis"lə matçının (1:1) 81-ci dəqiqəsində əvəzlənib. Mbappenin sol ayağının dizaltı vətərində zədə olduğu bildirilir. Qeyd edək ki, fransalı hücumçu dizindəki problemlər səbəbindən fevral-mart aylarında beş görüşü buraxmalı olub.
Mənbə
oxu.az