Dünya
"Hizbullah" İsrail qoşunlarına qarşı beş böyük hücum həyata keçirib
Livanın "Hizbullah" hərəkatı İsrail ordusunun mövqelərini beş dəfə şiddətli atəşə tutub. Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayımlayıb. Xəbərdə vurğulanır ki, Livan döyüşçüləri Əl-Biyad bölgəsindəki İsrailin artilleriya məntəqələrinə kamikadze dronları ilə hücum ediblər. Qeyd edək ki, martın 2-də İsrail tərəfi Livana hücum edəcəyini açıqlamışdı. Ardınca Livan ərazisindən İsrail istiqamətinə raket zərbələri endirildi və bu hücumların məsuliyyətini "Hizbullah" üzərinə götürdü. Təl-Əviv isə buna cavab olaraq Livan ərazisinə genişmiqyaslı zərbələr endirdi. Martın 16-da İsrail Müdafiə Qüvvələri (İMQ) quru əməliyyatlarına start verdiyini bildirdi. Aprelin 8-də ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq regionunda atəşkəs elan etsə də, İsrail Livana qarşı hərbi əməliyyatlarını dayandırmadı. Nəticədə "Hizbullah" hərəkatı da atəşkəs rejimindən imtina edərək İsrail mövqelərinə zərbələr endirməyə başladı.
Mənbə
oxu.az