Kriminal

Xəyal Rza ailəsi ilə birgə Göyçayda qəzaya düşdü - FOTO

27 Apr 2026, 14:20 1 baxış
Xəyal Rza ailəsi ilə birgə Göyçayda qəzaya düşdü - FOTO
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Göyçayda avtomobil qəzasına düşüb. Oxu.Az xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsi zamanı Xəyal Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız hala düşüb.
Xəyal Rza Oxu.Az-a açıqlamasında bildirib ki, ailəsi və atası ilə birlikdə Göyçay şəhərində hərəkətdə olarkən BMW markalı bir avtomobil yol hərəkəti qaydalarını pozaraq onun "Changan" markalı maşınına, daha sonra isə "Mercedes" markalı digər nəqliyyat vasitəsinə çırpılıb: "Şükürlər olsun, ciddi bir xəsarət almamışıq. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparırlar".
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər