Cəmiyyət

Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək

27 Apr 2026, 14:06 2 baxış
Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək.


Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Bildirilib ki, Kəmaləddin Heydərov tərəfindən aprelin 30-da Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan MR sakinlərinin qəbulu keçiriləcək.


Qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin binasında 29 aprel tarixində saat 09:00-da başlayacaq.


Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.


Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər