Cəmiyyət
Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Göyçayda qəzaya düşüb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu gün baş verən yol-nəqliyyat hadisəsi zamanı X.Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız hala düşüb.
O bildirib ki, ailəsi və atası ilə birlikdə Göyçay şəhərində hərəkətdə olarkən BMV markalı bir avtomobil yol hərəkəti qaydalarını pozaraq onun avtomobilinə, daha sonra isə "Mersedes" markalı digər maşına çırpılıb:
"Şükürlər olsun, ciddi bir xəsarət almamışıq. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır".
Mənbə
axar.az
Oxşar Xəbərlər