Cəmiyyət
Buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək - FOTO
"Gələn il 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi ilə əlaqədar olaraq abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur". Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva deyib.
O bildirib ki, bu, yalnız 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanına aiddir. "Növbəti il xarici dil imtahanında tapşırıq sayı azalacaq, yazı bacarığı ayrıca qiymətləndiriləcək", - deyə K.Hacıyeva açıqlamasının ardında qeyd edib. Şöbə müdiri 2027-ci ildən etibarən tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində hansı dəyişikliklərin ediləcəyinin detallarını açıqlayıb: "İmtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, biri isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla ümumilikdə 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca bir tapşırıq vasitəsilə qiymətləndiriləcək". O deyib ki, yazı bacarığının yoxlanılması zamanı şagirdlərdən verilmiş sual və ya fikir əsasında fakt, mülahizələr irəli sürərək öz fikirlərini yazılı şəkildə ifadə etmələri tələb olunacaq. Samir Əli

Mənbə
oxu.az
Oxşar Xəbərlər