Cəmiyyət

Buraxılış imtahanlarında YENİLİK

27 Apr 2026, 12:36 2 baxış
Buraxılış imtahanlarında YENİLİK
"Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaqlar". Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva deyib. O bildirib ki, Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq: "Yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla ümumilikdə 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər