Cəmiyyət

Mingəçevirdə yanğın təhlükəli müəssisənin fəaliyyəti dayandırıldı - FOTO - VİDEO

27 Apr 2026, 11:28 2 baxış
Mingəçevirdə yanğın təhlükəli müəssisənin fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Mingəçevir şəhərində fəaliyyət göstərən "Elastik" MMC-yə məxsus rezin məmulatların istehsalı müəssisəsində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki: - obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır; - elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun deyil, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib; - obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib; - sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur; - obyektin ərazisi yanar mayelərdən və tullantılardan təmizlənməyib; - yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna yaxınlaşması üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb.
"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "Elastik" MMC-nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və sənədin bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - deyə açıqlamada qeyd olunub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər