Kriminal

Ağcabədidə iki nəfər qətlə yetirildi - Saxlanılan var

27 Apr 2026, 11:36 1 baxış
Ağcabədidə iki nəfər qətlə yetirildi - Saxlanılan var
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedov, 1989-cu il təvəllüdlü Həsən Teymurxan oğlu Mamedov aldıqları bıçaq xəsarətlərindən həyatlarını itiriblər. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, Arazbar kənd sakini 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər