İdman

"Liverpul"da ciddi itki: Məhəmməd Salah mövsümü yarımçıq başa vurdu

27 Apr 2026, 11:48 2 baxış
"Liverpul"da ciddi itki: Məhəmməd Salah mövsümü yarımçıq başa vurdu
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında "Kristal Pelas"la oyunda (3:1) ciddi zədə alması səbəbindən mövsümü yarımçıq başa vurub. Oxu.Az xəbər verir ki, bu barədə Misir millisinin direktoru İbrahim Həsən "Reuters"ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 33 yaşlı futbolçuya dizaltı vətərin qopması diaqnozu qoyulub və sağalma üçün təxminən dörd həftə vaxt tələb olunacaq. Bununla yanaşı, Salahın futbol üzrə dünya çempionatına (DÇ-2026) qədər yaşıl meydanlara dönəcəyi gözlənilir. Ulduz futbolçunun lideri olduğu Misir yığması DÇ-2026-nın qrup mərhələsində Belçika, Yeni Zelandiya və İranla mübarizə aparacaq. Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər