Cəmiyyət

DİM sədrindən xarici dil fənni üzrə dinləməyə dair NARAZILIQLARA REAKSİYA

27 Apr 2026, 12:00 2 baxış
DİM sədrindən xarici dil fənni üzrə dinləməyə dair NARAZILIQLARA REAKSİYA
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə xarici dil fənni üzrə dinləmə mərhələsində yaranan narazılıqlara aydınlıq gətirib. Oxu.Az-ın məlumatına görə, bu barədə danışan mərkəz sədri bildirib ki, bəzi abituriyentlər dinləmə zamanı səsin zəif eşidildiyini və ya keyfiyyətin yaxşı olmadığını düşünürlər: "Lakin çox zaman problem texniki deyil, dinləyib-anlama bacarığının kifayət qədər formalaşmaması ilə bağlı olur. Bəzən dinləmə aparatı ilə bağlı problem olduğu deyilir. Halbuki bu, normal prosesdir. Dinlədikcə, diqqətlə izlədikcə və məzmunu anlamağa çalışdıqca məlumatı qavramaq mümkündür".
Mənbə oxu.az

Oxşar Xəbərlər