Cəmiyyət
Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.
Axar.az xəbər verir ki, qətlə yetirilən şəxslər Arazbar kənd sakini Əliniyaz Əliyev tərəfindən bıçaqlanıb.
Nəticədə 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedov və 1989-cu il təvəllüdlü Həsən Teymurxan oğlu Mamedov aldıqları xəsarətlərdən həyatlarını itiriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Əliyev saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir.
Araşdırma aparılır.
Mənbə
axar.az