Kriminal
Ağdaşda 68 yaşlı kişi kafedə öldü
Ağdaş rayonunda 68 yaşlı kişi kafedə ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ləki qəsəbəsi ərazisindəki kafedə baş verib. Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rəfael Əzizov kafedə spirtli içki qəbul edəndən sonra qəfil halı pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər