İdman
Məşhur avtomobil yarışında 27 maşın toqquşdu - VİDEO
ABŞ-nin Alabama ştatında NASCAR yarışında avtomobillərin zəncirvari toqquşması baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Fox Sports" məlumat yayıb.
Məlumata görə, yarış Linkolndakı "Talladega Superspeedway"də keçirilib. Qeyd olunur ki, 115-ci dövrədə Ross Çesteyn Bubba Uollesin maşınına toxunub, bundan sonra zəncirvari qəza baş verib. Nəticədə ən azı 27 avtomobil toqquşub. Nəşrin məlumatına görə, yarış iştirakçılarından heç biri ciddi xəsarət almayıb, sürücülərin hamısı maşınlardan özləri çıxıblar.

Mənbə
oxu.az