Dünya

Monqolustanda güclü zəlzələ oldu

27 Apr 2026, 09:56 1 baxış
Monqolustanda güclü zəlzələ oldu
Monqolustanın qərbində 6.8 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, Moskva vaxtı ilə saat 07:23-də (Bakı vaxtı ilə 8:23 - red.) baş vermiş yeraltı təkanların episentri Rusiya-Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustanın Çinlə sərhədindən isə 150 kilometr məsafədə yerləşib. Məlumata görə, episentrdə seysmik hadisənin intensivliyi MSK-64 şkalası üzrə 9.1 bal olub. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər