Digər
Ukraynanın həqiqi müdafiəyə ehtiyacı var - Narojnı
Təhlükəsizliyə zəmanət olaraq Ukraynanın Rusiyanın təkrar hücumuna qarşı şərti və həqiqi müdafiəyə ehtiyacı var. Birincisi uzaq mənzilli silahlar ola bilər. İkincisi isə ABŞ-ın Ukraynanın real müdafiəsinə başlamaq öhdəliyidir.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pavel Narojnı deyib.
"Təbii ki, heç kim bizə strateji və ya nüvə silahlarını ötürməyəcək, ona görə də ancaq uzaqmənzilli raketlərdən danışmaq olar. Məsələn, "Tomahavk"... Həmçinin ABŞ-da qəbul edilən Ukrayna və ABŞ birliyi haqqında qanun təhlükəsizlik təminatlarını gücləndirə bilər", - o bildirib.
Mənbə
axar.az