Digər

Somalidə daha bir yük gəmisi qaçırıldı

27 Apr 2026, 09:35 1 baxış
Somalidə daha bir yük gəmisi qaçırıldı

Somalidə, Qarakad yaşayış məntəqəsindən altı dəniz mili şimal-şərqdə yük gəmisi qaçırılıb.


Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.


İddia edilir ki, naməlum şəxslər yük gəmisini ələ keçirib, Somalinin ərazi suları istiqamətində irəliləyirlər.


Qeyd edək ki, daha əvvəl Somali dəniz quldurları 18 min barrel neft daşıyan "Honour 25" gəmisini də qaçırıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər