Dünya
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılarının katerini vurdu: Ölənlər var - VİDEO
ABŞ hərbçiləri Sakit okeanda narkotik alverçiləri tərəfindən istifadə edildiyi iddia olunan katerə zərbə endirib, nəticədə üç nəfər ölüb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" hesabında yayıb.
"Cənub Komandanlığının rəhbəri Frensis Donovanın əmri ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu aprelin 26-da katerə ölümcül zərbə endirib. Kəşfiyyat məlumatları təsdiqləyib ki, həmin su nəqliyyatı vasitəsi Sakit okeanın şərq hissəsində narkotiklərin qaçaqmalçılığı üçün məlum olan marşrutla hərəkət edib və narkotrafik məqsədilə istifadə olunub", - deyə açıqlamada bildirilib.

Mənbə
oxu.az