Maraqlı

Sensasion araşdırma: Quşlar tirannozavrların sirrini açır

27 Apr 2026, 06:02 1 baxış
Sensasion araşdırma: Quşlar tirannozavrların sirrini açır
Alimlər quşların davranışı barədə məlumatlardan istifadə edərək tirannozavrların düşüncə proseslərini yenidən canlandırmaq niyyətindədirlər. Onların sözlərinə görə, quşlar dinozavrların birbaşa nəsilləridir və buna görə də onların kəllə quruluşu və beyni üzərində aparılan analizlər qədim sürünənlərin beynində nə baş verdiyini anlamağa kömək edə bilər. Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir. Laboratoriya təcrübələri göstərib ki, quşlarda empatiya və planlaşdırma qabiliyyəti mövcuddur. Məsələn, emu quşları başa düşürlər ki, digər fərdlərin təcrübəsi onların öz təcrübəsindən fərqli ola bilər. İndi alimlər belə bir sual irəli sürüblər: bu cür qabiliyyətlərin mövcudluğunu kəllə quruluşuna əsasən müəyyən etmək mümkündürmü? Bu isə dinozavrların subyektiv təcrübəsini öyrənməyə imkan verə bilər, çünki onların kəllələri müasir quşlarınkına bənzəyir. "Biz tirannozavrı testlərdən keçirə bilmərik. Lakin əgər beynin müəyyən xüsusiyyətləri varsa və bu xüsusiyyətlər 95 faiz ehtimalla belə bir beyinə malik müasir heyvanın müəyyən davranışlara qadir olduğunu göstərirsə, onda biz ən azı ehtimallar irəli sürə bilərik", - deyə Stiv Brusatte vurğulayıb. Tədqiqatçılar həmçinin müasir heyvanların davranışlarının onların qədim əcdadlarının davranışları ilə oxşar olub-olmadığını sübut etməyə çalışırlar. Brusatte bildirib ki, quşlar əsl, həqiqi dinozavrlardır və bu, sadəcə metafora deyil, baxmayaraq ki, bir çox insanlar hələ də buna inanmırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər