Dünya

Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən danışıb

27 Apr 2026, 04:02 1 baxış
Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən danışıb
Fransanın birinci xanımı Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən və keçmişinə dair maraqlı məqamlardan danışıb. O, bəzən saray həyatının onu yorduğunu etiraf edib. Oxu.Az xəbər verir ki, bu barədə o, "La Tribune Dimanche" nəşrinə verdiyi müsahibədə bəhs edib. "Bəzən göy üzünü görmək mənə çətin gəlir... Əvvəllər heç vaxt yaşamadığım bədbinlik anlarım olur", - deyə birinci xanım bildirib. O, son 10 ilin çox sürətli və gərgin keçdiyini vurğulayıb: "Əvvəllər hamı kimi normal həyatım var idi: uşaqlar, iş, uğurlar və uğursuzluqlar. Lakin bu 10 il ərzində dünyanın qaranlıq üzünü, axmaqlığı və pisliyi gördüm. Bəzən özümü həmişəkindən daha qəmli hiss edirəm". Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron və birinci xanım arasında yaş fərqi 24 il təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər