Siyasət
Trampa qarşı növbəti sui-qəsd cəhdi: Səbəb nədir? - Siyasi şərhçidən açıqlama - VİDEO
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyi qəfil silahlı insidentə səhnə olub. Vaşinqtonda keçirilən tədbir zamanı atəş səsləri eşidilib. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Zalda panika yaranıb. Qonaqlar masaların altına sığınıb. Donald Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Cey. Di. Vens və digər yüksəkvəzifəli şəxslər dərhal təxliyə ediliblər. Rəsmi məlumata görə, hücum edən şəxs 31 yaşlı Koul Tomas Allendir. O, hotelin foyesindəki təhlükəsizlik yoxlama məntəqəsinə yaxınlaşıb və məxfi xidmət əməkdaşları tərəfindən saxlanılıb.
Tramp hadisənin İranla bağlı olmadığını bildirsə də, bəzi ekspertlərin fikrincə, Amerika Birləşmiş Ştatlarının İranla gərgin münasibətləri, Trampın sərt xarici siyasət ritorikası və ölkə daxilində artan siyasi qütbləşmə bu hadisəni adi kriminal insident kimi qiymətləndirməyə imkan vermir. Siyasi şərhçi Aytən Qurbanova məsələni belə şərh edir: "Hadisənin gedişatına, hər hansı bir peşəkar qaçış planının olmamasına, koordinasiyalı şəkildə əlaqəli qruplaşmaların aşkar edilməməsinə və eyni zamanda cinayətkarların ələ keçirilmə videolarına baxdıqda, görüntülər etibarilə bunun təkbaşına təşkil olunmuş terror hadisəsi, olması, Amerika daxilində olan nifrət zəminindəki çıxışların növbəti bir təzahürü kimi qiymətləndirilə bilər".

Mənbə
oxu.az