Dünya
Tramp NATO-dan ciddi məyus olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çox məyus olduğunu açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib. "Mən NATO-dan çox məyusam, çünki onlar lazım olanda bizimlə deyildilər", - deyə Tramp qeyd edib. ABŞ lideri bildirib ki, Vaşinqton Avropanı Rusiyadan qorumaq üçün NATO-ya trilyonlarla dollar xərcləyib, lakin Şimali Atlantika Alyansı buna baxmayaraq, İrana qarşı hərbi əməliyyatlarda ABŞ-yə kömək etməyib. "Bizə İranla bağlı kömək lazım deyildi, mən bunu sadəcə maraq üçün istədim, görmək istəyirdim ki, onlar köməyə gələcəklərmi", - deyə o qeyd edib.
Mənbə
oxu.az