Digər
Ukrayna münaqişəsinin həlli üçün çalışırıq - Tramp
Vaşinqton Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün səylərini davam etdirir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Foks Nyus" telekanalına bildirib.
"Biz bu istiqamətdə addımlar atırıq, lakin hərbi əməliyyatlar hələ də dayanmayıb", - o qeyd edib.
Ağ Evin rəhbəri həm Rusiya lideri Vladimir Putin, həm də ukraynalı həmkarı Vladimir Zelenski ilə əlaqə saxladığını bildirib.
Mənbə
axar.az