Digər

Tramp: Biz İrandan nüvəni almalıyıq!

26 Apr 2026, 21:34 1 baxış
Tramp: Biz İrandan nüvəni almalıyıq!

ABŞ İranla nüvə materiallarının ölkədən çıxarılması üçün danışıqlar aparır.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Foks Nyus" telekanalına müsahibəsində deyib.


"Nüvə tozu dediyim şeyi götürməliyik, başa düşürsünüzmü? Biz bunu edəcəyik və bu, İranla danışıqlarımızın bir hissəsidir. Biz onlarda qalmasını istəmirik", - o bildirib.


Tramp vurğulayıb ki, "nüvə tozu" dedikdə o, nüvə yanacağının və digər materialların qalıqlarını nəzərdə tutur:


"Onların əksəriyyəti ötən ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələr nəticəsində məhv edilib".

Mənbə axar.az

Oxşar Xəbərlər