Dünya

İsrail Livana genişmiqyaslı zərbələr endirdi

26 Apr 2026, 20:48 1 baxış
İsrail Livana genişmiqyaslı zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanda "Hizbullah"ın silah anbarlarına, raket qurğularına və raketçilərdən ibarət dəstələrə zərbələr endirdiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bəyanatda qeyd olunur ki, İsrail ordusu artilleriya və aviasiya vasitəsilə "Hizbullah"ın İsrailə və hərbçilərə qarşı hücumlar üçün istifadə etdiyi hərbi infrastrukturu hədəf alıb. Zərbə endirilən hədəflər arasında raket atəşinə hazırlaşan qruplar, istifadəyə hazır raket qurğusu, silah anbarı və digər hərbi obyektlər olub. Bundan əlavə, hərbi obyekt daxilində yerləşən silahlı qruplaşmaya və motosikletlə hərəkət edən silahlıya qarşı da zərbələr endirildiyi bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər