Digər

Rusiyada tələbələrə rus əsgər əvəzinə o müraciət etdi - Video

26 Apr 2026, 20:00 1 baxış
Rusiyada tələbələrə rus əsgər əvəzinə o müraciət etdi - Video

Ukraynalı hərbçi Kuban Dövlət Aqrar Universitetində tələbələrin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa təşviq edildiyi qapalı videokonfransa qatılıb.


Axar.az xəbər verir ki, bu barədə "Meduza" video məlumat yayıb.


"Tələbələrlə dolu mühazirə zalı Kuban Dövlət Aqrar Universitetinin auditoriyasına oxşayır. İclasın təşkilatçıları sözü kamuflyajlı, tünd eynəkli şəxsə verib və onun rus hərbçisi olduğunu güman ediblər",- məlumatda deyilib.


Lakin çıxış edən şəxs tələbələrə əslində Ukrayna əsgəri olduğunu bildirib:


"Mən əslində hərbçiyəm, amma rus yox, ukraynalıyam. Sizə isə demək istəyirəm: bura gəlməyin, yoxsa sizi öldürməli olacağam, bu müqaviləni imzalayan hər kəsi öldürməyə məcbur olacağam".


Hərbçi onu da bildirib ki, Rusiya ordusu 4 ildir cəbhə xəttində hərəkət edə bilmir və itki verir, komandirlər isə tabeliyində olanlardan pul qoparır.


Sonda o, iki ölkə böyüklüyündə qəbiristanlıq barədə danışanda onunla əlaqə kəsilib.

Mənbə axar.az

Oxşar Xəbərlər