Digər

Starmer və Tramp Hörmüzdəki durumu müzakirə etdi

26 Apr 2026, 20:25 1 baxış
Starmer və Tramp Hörmüzdəki durumu müzakirə etdi

Böyük Britaniyanın Baş naziri Keyr Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin dəftərxanası məlumat yayıb.


Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki böhranın dünya iqtisadiyyatı üçün ciddi mənfi nəticələrini, xüsusən də bütün dünyada enerji daşıyıcılarının qiymətinin artmasını nəzərə alaraq Hörmüz boğazında gəmiçiliyin tezliklə bərpa edilməsinin zəruriliyini vurğulayıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər