Digər

Ukraynada anomal hava şəraiti: Ölənlər var

26 Apr 2026, 20:36 1 baxış
Ukraynada anomal hava şəraiti: Ölənlər var

Ukraynada qeyri-sabit hava şəraiti səbəbindən iki nəfər ölüb, biri uşaq olmaqla daha iki nəfər yaralanıb. Xilasedicilər 13 bölgədə nəticələrin aradan qaldırılması ilə məşğuldurlar.


Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.


Məlumata görə, ağacların aşması nəticəsində Çerkası və Zaporojyedə iki nəfər ölüb.


Bir çox yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.


“Ağacların kəsilməsi və bərpa işləri üçün 176 missiya həyata keçirilib. 647 xilasedici və 150 texnika cəlb olunub”, - deyə məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər