Digər
Hizbullah İsrail mövqelərinə zərbələr endirdi
Hizbullah Livanın cənubundakı Əl-Bayada bölgəsində İsrail hərbçilərinin mövqelərinə PUA-larla hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Hizbullah Teleqram kanalında məlumat yayıb.
"Bu əməliyyat İsrail qüvvələrinin atəşkəsi pozmasına, Livan kəndlərini atəşə tutmasına, dinc əhalini öldürməsinə cavab olaraq həyata keçirilib", - məlumatda deyilib.
Mənbə
axar.az