Dünya

İspaniyada attraksion qəzası: Xəsarət alanlar var

26 Apr 2026, 01:00 1 baxış
İspaniyada attraksion qəzası: Xəsarət alanlar var
İspaniyanın Sevilya şəhərində keçirilən yarmarkada ekstremal "katapult" attraksionunun trosu qırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "People" və "The Sun" nəşrləri məlumat yayıb. Bərkidici mexanizm tab gətirməyib və tros qırıldıqdan sonra qurğu güclü şəkildə yellənərək dayağa çırpılıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Bildirilir ki, kapsulda uşaqlar da olub. Şahidlər hadisə anını videoya çəkiblər. Qəza baş verdikdən sonra attraksionun fəaliyyəti dayandırılıb və araşdırma başlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər