Dünya

Tramp: "ABŞ İrandan yeni təklif alıb"

25 Apr 2026, 23:48 1 baxış
Tramp: "ABŞ İrandan yeni təklif alıb"
Donald Tramp bildirib ki, danışıqlar aparan nümayəndə heyətinin Pakistana səfəri ləğv edildikdən sonra ABŞ İrandan yeni təklif alıb. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Floridanın Palm-Biç şəhərindən Vaşinqtona uçmazdan əvvəl jurnalistlərlə söhbətində Tramp bildirib: "Maraqlısı budur ki, mən ABŞ nümayəndələrinin Pakistana səfərini ləğv etdikdən dərhal sonra, 10 dəqiqə ərzində biz yeni təkliflər aldıq, onlar xeyli yaxşıdır". Tehranın uranı zənginləşdirməsinə mümkün moratoriumla bağlı suala cavabında Tramp bildirib ki, "onlar çox şey təklif ediblər, lakin bu, kifayət deyil". O, həmçinin vurğulayıb ki, İranın nüvə silahı olmamalıdır və ABŞ-nin danışıqlarda "bütün kartlara sahib olduğu" mövqeyini yenidən təkrarlayıb. ABŞ Prezidenti Donald Tramp nümayəndə heyətinin Pakistana səfərini ləğv etdikdən sonra hazırda İran hakimiyyəti ilə telefon əlaqələrinə üstünlük verdiyini açıqlayıb. "Onlar istədikləri vaxt zəng edə bilərlər", - deyə ABŞ prezidenti bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər