Dünya
Viktor Orban deputat mandatından imtina edib
Macarıstanın Baş naziri Viktor Orban parlament deputatı mandatından imtina etdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib. Orban qeyd edib ki, aldığı mandat faktiki olaraq "FİDES - Macarıstan Vətəndaş İttifaqı" partiyasına məxsusdur və hazırda onun əsas vəzifəsi parlamentdə iştirak etmək yox, partiyanın yenidən təşkili ilə məşğul olmaqdır. O əlavə edib ki, partiya rəhbərliyi ona sədr kimi fəaliyyətini davam etdirməyi təklif edib və iyunda keçiriləcək qurultayda bu məsələ müzakirə olunacaq. Qeyd edək ki, "FİDES və Xristian-Demokrat Xalq Partiyası"ndan ibarət hakim koalisiya seçkidə "Tisa" Partiyasına uduzaraq müxalifətə keçib.
Mənbə
oxu.az