Kriminal

Naxçıvanda "Mercedes" yük maşınına çırpıldı: Xəsarət alanlar var

25 Apr 2026, 15:12 1 baxış
Naxçıvanda "Mercedes" yük maşınına çırpıldı: Xəsarət alanlar var
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Naxçıvan-Sədərək yolunun Duzdağ ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "Changan" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Xəyal Vahid oğlu Mustafayev, 1964-cü il təvəllüdlü Möhbalı Rəcəb oğlu Rəcəbov və 2000-ci il təvəllüdlü Miradəm Mirdamət oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər