Cəmiyyət

Narkotik qəbul edib, maşın sürən şəxs həbs olundu

25 Apr 2026, 12:37 2 baxış
Narkotik qəbul edib, maşın sürən şəxs həbs olundu

Masallı rayonu ərazisində BYD markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.


Axar.az xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən R.Məmmədovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.


Məhkəmənin qərarı ilə R.Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər