Kriminal

Ağcabədidə DƏHŞƏTLİ QƏZA: Ata və övladları xəsarət aldılar, ÖLƏN VAR - FOTO

25 Apr 2026, 09:06 1 baxış
Ağcabədidə DƏHŞƏTLİ QƏZA: Ata və övladları xəsarət aldılar, ÖLƏN VAR - FOTO
Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qayğı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, əslən Laçın rayonundan olan Bakir Quliyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən Yevlax rayon sakini Azər Bədəlovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində B.Quliyev hadisə yerində ölüb, sərnişinləri - 2014-cü il təvəllüdlü R.Həsənov, 1980-ci il təvəllüdlü Habil Həsənov, onun övladları - 2008-ci il təvəllüdlü Polad Həsənov və 2013-cü il təvəllüdlü M.Həsənov müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər