Maraqlı
Gənclərin tez-tez iş yerlərini dəyişmələrinin səbəbi açıqlandı - Mütəxəssis rəyi
"Gənc mütəxəssislər tez-tez yaşlı həmkarlarının pis davranışları səbəbindən iş yerlərini tərk edirlər". Oxu.Az xəbər verir ki, bunu News.ru-ya rusiyalı mütəxəssis Yelena Malinovskaya bildirib. Onun sözlərinə görə, təcrübəli əməkdaşlar bəzən işlərini itirmək qorxusundan yeni gələnlərin təşəbbüslərini tənqid edirlər. "Gənc əməkdaş işə düzəlir, potensialını reallaşdırmağa və zamanla karyera pilləsində yüksəlməyə ümid edir. Lakin yaşlı həmkarlar tezliklə onu sıxışdırırlar ki, burada təşəbbüs alqışlanmır. Köhnə işçilər işdən çıxarılma və vəzifələrini itirmə qorxusundan yeni insanlara qarşı qətiyyətli mövqe tutur. Onlar nə özləri təzə ideyalar təklif edirlər, nə də yeni gələnlərin ideyalarının həyata keçməsinə imkan vermirlər. Daim öz təşəbbüslərini reallaşdıra bilməmək hissi məhsuldarlığın azalmasına və depressiv psixoloji vəziyyətə gətirib çıxarır. Bir çoxları belə hallara dözə bilmir və kollektivdə bir neçə ay işlədikdən sonra işdən çıxırlar", - deyə ekspert mövqeyini əsaslandırıb. Ekspertin sözlərinə görə, bu, qeyri-rəsmi imtiyazlar yeni işçilərin adaptasiyasına mane olur, onların ünsiyyət qurmaq və qərar qəbulu imkanlarını məhdudlaşdırır.
Mənbə
oxu.az