Digər

Tanınmış model indi çörək satır - Foto

25 Apr 2026, 01:13 1 baxış
Tanınmış model indi çörək satır - Foto

2022-ci ildə 35-ci "Best Model Turkey" yarışmasında iştirak edən və "Ən Yaxşı Cənub-Şərqi Anadolu gözəli" seçilən İrmak Öztaşın hazırda çalışdığı işi gündəm olub.


Axar.az Axşam.az-a istinadən xəbər verir ki, İrmak tərcüməçilik üzrə universitet təhsilini bitirdikdən sonra bir müddət moda sənayesində işləyib. Lakin daha sonra 7 ay işsiz qalan İrmak çörək bişirib satmağa başlayıb.


O, bu barədə sosial media hesabında paylaşım edərək "Tərcüməçi kimi təhsil almış keçmiş "Miss Türkiyə"sən, amma xoşbəxtliyi 7 ay işsiz qaldıqdan sonra çörək sexində işləməkdə tapmısan" deyə, yazıb.


Qeyd edək ki, İrmak 2022-ci ildə Cənubi Koreyanın Seul şəhərində keçirilən 31-ci " World Miss University" yarışmasında da Türkiyəni təmsil edib.

Mənbə axar.az

Oxşar Xəbərlər