Digər

Hörmüzdə 29 gəmiyə hücum olub, 10 nəfər ölüb - BMT

25 Apr 2026, 00:12 2 baxış
Hörmüzdə 29 gəmiyə hücum olub, 10 nəfər ölüb - BMT

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (BDT) ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının başlanmasından sonra Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücumun baş verdiyini bəyan edib.


Axar.az xəbər verir ki, bu barədə BDT-nin mətbuat xidməti məlumat yayıb.


Qurumun məlumatına görə, hücumlar nəticəsində azı 10 nəfər həlak olub, təxminən 20 min dənizçi və 1600 gəmi isə regionda blokadada qalıb.


BDT-nin Baş katibi Arsenio Dominqes vəziyyətin təhlükəli olaraq qaldığını bildirərək, saxlanılan dənizçilərin azad edilməsinə çağırıb və təxliyə planı üzərində iş aparıldığını qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər