Digər

Tramp Qətər əmiri ilə İranı müzakirə etdi

24 Apr 2026, 23:22 1 baxış
Tramp Qətər əmiri ilə İranı müzakirə etdi

Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə əmirliyin məlumatında deyilir.


Bildirilib ki, tərəflər son regional hadisələri, xüsusən də ABŞ və İran İslam Respublikası arasında atəşkəs sazişi, onu gücləndirmək üçün beynəlxalq səyləri müzakirə ediblər.


Rəsmilər həmçinin regiondakı vəziyyətin naviqasiya təhlükəsizliyinə və qlobal təchizat zəncirlərinə təsiri ilə bağlı fikir mübadiləsi aparıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər