Digər
Arakçı ilə görüş üçün ABŞ-dan onlar gəlir
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner tezliklə İran xarici işlər naziri ilə danışıqlar aparmaq üçün Pakistana səfər edəcəklər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Röyters” agentliyinə bildirib.
Bildirilib ki, vitse-prezident C.D.Vens görüşdə iştirak etməyi planlaşdırmır, lakin danışıqlar irəliləyərsə, İslamabada getməyə hazır olacaq.
Qeyd edək ki, bundan öncə Abbas Arakçının ABŞ nümayəndələri ilə danışıqlar üçün bu gün axşam İslamabada səfər edəcəyi məlumatı yayılmışdı. Arakçı özü isə X hesabında İslamabad, Maskat və Moskvaya səfərə çıxdığını bildirib.
Mənbə
axar.az