Digər

Piqott Departamentin sözçüsü vəzifəsinə təyin edildi

24 Apr 2026, 19:58 1 baxış
Piqott Departamentin sözçüsü vəzifəsinə təyin edildi

Tomas Piqott ABŞ Dövlət Departamentinin mətbuat katibi vəzifəsinə təyin olunub.


Axar.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.


Bildirilib ki, yeni mətbuat katibinin vəzifələrinə media ilə qarşılıqlı əlaqə, eləcə də kommunikasiya strategiyasının və əsas mesajların formalaşdırılmasında iştirak daxil olacaq.


Piqott 2025-ci ilin yanvarından Dövlət Departamentində və Tramp administrasiyasında fəaliyyət göstərir.


O, həmçinin 2024-cü ildə Donald Trampın seçki qərargahında işləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər