Digər
Qərb Rusiyaya açıq müharibə elan etdi - Lavrov
Qərb ölkələri Ukraynanın köməyi ilə Rusiyaya müharibə elan ediblər, lakin Kiyev rejimi Qərb silahlarının maddi dəstəyi olmadan acizdir.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Bizə qarşı açıq müharibə elan edilib. Kiyev rejimi burada alət kimi istifadə edilir”, - deyə Lavrov bildirib.
Mənbə
axar.az