Digər

Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz

24 Apr 2026, 18:29 1 baxış
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz

Almaniya kansleri Fridrix Merz Ukraynanın Avropa Birliyinə dərhal qoşulmasına qarşı çıxsa da, AB qurumları daxilində Kiyevlə daha sıx əməkdaşlığa çağırıb.


Axar.az xəbər verir ki, kansler bu barədə Nikosiyada AB-nin qeyri-rəsmi sammitindən sonra keçirilən mətbuat konfransında deyib.


"Hər kəsə aydındır ki, Ukraynanın AB-yə dərhal qoşulması, əlbəttə ki, mümkün deyil", - deyə o bildirib.


Merz eyni zamanda Ukraynanın Avropa qurumlarının işində daha yaxından iştirakına nail olmaq istədiyini də qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər