Cəmiyyət
Cari ildə dəmir yollarında dörd toqquşma hadisəsi baş verib
Davamlı maarifləndirmə işlərinə və infrastruktur quruculuğuna baxmayaraq, kənar şəxslərin dəmir yollarına daxil olması halları davam edir. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb. 2026-cı ilin birinci rübündə yola kənar insan müdaxiləsinə görə ADY maşinistləri 43 dəfə təcili tormozlama ediblər - ümumilikdə dörd toqquşma hadisəsi baş verib. Sözügedən hadisələr insan itkisi və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır. ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər