Kriminal

Tanışını bıçaqlayıb qaçdı, cəza alarkən maddəsi dəyişdirildi

24 Apr 2026, 14:28 1 baxış
Tanışını bıçaqlayıb qaçdı, cəza alarkən maddəsi dəyişdirildi
Bakının Sabunçu rayonu ərazisində mübahisə etdiyi şəxsə bıçaqla xəsarət yetirən Qulu Məmmədovun cinayət işinin məhkəməsi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Müşavirədən sonra hökm elan edilərək Qulu Məmmədov üç il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2024-cü ilin martında baş verib. Qulu Məmmədov mübahisə zəminində tanışı Şamil Nəbiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. O, barəsində verilmiş axtarış tədbirləri ilə saxlanılaraq istintaqa cəlb edilib. Onu da bildirək ki, tərəflər arasında barışıq olduğundan məhkəmə onun barəsindəki Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsini 126.1-ci maddəsinə tövsif edərək hökm çıxarıb. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər