Kriminal

Ağcabədidə güclü YANĞIN: Evdən yeniyetmənin meyiti tapıldı

24 Apr 2026, 09:54 1 baxış
Ağcabədidə güclü YANĞIN: Evdən yeniyetmənin meyiti tapıldı
Ağcabədi rayonunda baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndindəki fərdi yaşayış evində qeydə alınıb. Yanğın zamanı evdə olan 2014-cü il təvəllüdlü İmaməddin Şirinovun meyiti aşkarlanıb. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Samir Əli Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində fərdi yaşayış evində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə zamanı ümumi sahəsi 200 kvadratmetr olan üçotaqlı evin, eləcə də evə bitişik sahəsi 117 kvadratmetr olan talvarın yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkarlanıb. Əraziyə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər