Siyasət
ABŞ-İran qarşıdurması yeni mərhələyə keçdi: Sülh mesajları fonunda hərbi təhdidlər - VİDEO
ABŞ və İran arasında qarşıdurma yeni və daha təhlükəli mərhələyə daxil olur. Bir tərəfdə atəşkəsin uzadılması və sülh danışıqları ilə bağlı mesajlar, digər tərəfdə isə Hörmüz boğazına hücumlar, blokada və hərbi təhdidlər yer alır. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, rəsmi görüşlər baş tutmasa da, proses dayanmayıb, sadəcə görünən və görünməyən tərəflərə bölünüb.
İslamabadda baş tutmalı olan yüksəksəviyyəli görüşlər hələlik təxirə salınıb. Şəhər hazır vəziyyətdə gözləsə də, İran nümayəndə heyəti səfərdən imtina edib. Buna baxmayaraq, Pakistan geri çəkilmir. Baş nazir Şahbaz Şərif tərəfləri masa arxasına qaytarmaq üçün diplomatik səyləri davam etdirir. Çünki məsələ təkcə iki ölkə arasında deyil, bu qarşıdurma artıq qlobal iqtisadi təhlükəyə çevrilib. * Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib ki, vacib olan odur ki, İran və ABŞ-nin yüksəksəviyyəli nümayəndə heyətlərini göndərib-göndərməməsindən asılı olmayaraq danışıqlar davam edir: "Real vasitəçilik yüksək siyasi səviyyədən daha aşağı səviyyədə baş verir. Ekspertlər hər gün yeni ideyalar hazırlayır və bunlar tərəflərə ötürülür. Hazırda bu proses Pakistan vasitəsilə gedir, eyni zamanda Türkiyə, Misir və Qətər də pərdəarxasında aktiv rol oynayır".

Mənbə
oxu.az