Siyasət

Azərbaycan BMT-nin barışıq sazişləri haqqında konvensiyasına qoşuldu

23 Apr 2026, 21:48 1 baxış
Azərbaycan BMT-nin barışıq sazişləri haqqında konvensiyasına qoşuldu
Azərbaycan BMT-nin "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya"sına qoşulub. Oxu.Az bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabına istinadən xəbər verir. Bildirilir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib. "Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul edilmiş "Mediasiya nəticəsində əldə edilmiş beynəlxalq barışıq sazişləri haqqında Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyası"nı Azərbaycan Respublikası adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib", - deyə məlumatda vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər