Siyasət

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

23 Apr 2026, 21:30 1 baxış
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Azərbaycan BMT-nin “Vasitəçilik nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya”sına qoşulub.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin X hesabında paylaşım edilib.


Qeyd olunur ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri üzrə Ofisində sözügedən konvensiyanı ölkə adından imzalayıb.


Məlumata görə, konvensiya 20 dekabr 2018-ci ildə Nyu Yorkda qəbul olunub və beynəlxalq səviyyədə vasitəçilik yolu ilə əldə edilən razılaşmaların hüquqi çərçivəsini müəyyən edir.

Mənbə axar.az

Oxşar Xəbərlər