Dünya
Hörmüz boğazında gərginlik artır: Tramp ABŞ donanmasına əmr verdi - FOTO
"ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazı ərazisində sulara mina buraxan hər bir gəmini, ölçüsündən asılı olmayaraq, dərhal vurub məhv etmək barədə tapşırıq vermişəm". Oxu.Az xəbər verir ki, bu fikirləri ABŞ lideri Donald Tramp özünün "Truth Social" platformasındakı hesabında yazıb. O, həmçinin qeyd edib ki, hazırda ABŞ-nin minaaxtaran gəmiləri boğazda təmizləmə əməliyyatları həyata keçirir. Tramp bu prosesin dayandırılmaması və intensivliyinin üçqat artırılması ilə bağlı aidiyyəti qurumlara göstəriş verdiyini də vurğulayıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az